Şahmatçılarımız Cəbəllütariqdə keçirilən “Masters” turnirində məğlubiyyətsizlik seriyasını davam etdirirlər
Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədov Cəbəllütariqdə təşkil olunan “Masters” turnirində məğlubiyyətsizlik seriyasını uğurla davam etdirirlər.

Turnirin yeddinci turunda Arkadi Naydiç ispaniyalı Xaime Santos Latas üzərində qələbə qazanaraq xal ehtiyatını 5,5-ə çatdırıb. Bu nəticə ilə turnir cədvəlinin lideri Vladislav Artemiyevdən 0,5 xal geri qalan A.Naydiç hazırda dördüncü pillədədir. Rauf Məmmədov isə rumıniyalı Boqdan Daniel Dik ilə heç-heçə edib. Onun aktivində 5 xal var.

Bu gün keçiriləcək səkkizinci turda A.Naydiç rusiyalı Kiril Alekseenko, R.Məmmədov isə Hindistan təmsilçisi Murali Kartikeyan ilə qarşılaşacaqlar.

Xəbər 816 dəfə oxundu.