Oliç «canavar» oldu
Qitənin baş klub turnirinin finalına yüksələn Münhen «Bavariya»sının vidalaşmalı olduğu oyunçularından birinin adı və gedəcəyi ünvanı bəlli olub. İdman.com.az saytının məlumatına görə, klubun hücumçusu İvisa Oliç yeni mövsümü «Volfsburq»un formasında keçirəcək. Futbolçu özü bu barədə danışaraq, artıq özünün yeni komandası ilə müqavilə bağladığını da açıqlayıb.

Oliç mətbuata açıqlamasında deyib: «Mənim «Volfsubrq»la müqavilə bağlamağım həqiqətdi. «Bavariya» rəhbərliyi də qərarımdan xəbərdardı».
Oliç «cavanvarlar»ın düşərgəsinə sərbəst agent kimi keçəcək. Onun yeni komandası ilə sazişi iki illik müddətə nəzərdə tutulub. Bu illər ərzində o, 6 milyon avro qazanacaq.

Cari mövsümdə Oliç «Bavariya»nın heyətində 27 oyun keçirib və 4 qol vupub. Ümumiyyətlə onun münhenlilərin formasında 78 oyunu var. Bu matçlarda Oliç 23 dəfə fərqlənib. Xorvatiyalı hücumçu əvəllər «Marsoniya», «Herta», «Zaqreb», «Dinamo» (Zaqreb), SSKA (Moskva) və «Hamburq»un formalarını geyinib. Ölkəsinin yığmasında isə 76 oyuna 15 qol vurub.

Xəbər 960 dəfə oxundu.