“Azərsu” “Olimpiya” üzərində növbəti qələbəsini qazanıb
Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, Tbilisidə “Olimpiya” komandasının qonağı olan “Azərsu” Gürcüstan həndbolçuları ilə ikinci görüşü də qələbə ilə başa vurub. Bir gün əvvəl 43:21 hesabı ilə qalib gələn Bakı təmsilçisi, növbəti qarşılaşmada da rəqibə aman verməyib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” 40:17 hesablı qələbə qazanıb.

On iki oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. İki oyun az keçirən “Azəryol” ikinci pillədədir. “Qarabağ” 12 xalla 3-cü yerdə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.

Xəbər 803 dəfə oxundu.