Maradona dayəliyə keçir
Birləşmiş Ərəb Əmirlikləri «Əl Vəsl»inin baş məşqçisi Dieqo Maradona istefa verməyə düşünür. İdman.com.az saytının məlumatına görə, o, bunu komandanın rəhbərliyi onun tələblərinə əməl etməsə, edəcək. Futbol əfsanəsinin istədiyi isə ona lazım olan futbolçuların alınmasıdır.

«Tezliklə mən «Əl Vəsl»in rəhbərliyi ilə görüşüb onlarla bizim gələcək əməkdaşlığımız məsələlərini həll edəcəyik.Əgər tələblərimə əməl edə bilməsələr, komandanı tərk edəcəyəm» - deyə Maradona fikrini açıqlayıb.
Daha sonra o, əlavə edib: «Mən onlardan 6 oyunçu istədim. Onlarsa cəmisi ikisini verdilər: Mersyeri və Mühəmməd Rzanı. Üstəlik elə oyunlar olurdu ki, mən ehtiyat skamyası üçün oyunçuları belə yığa bilmirdim. Görünür, futboldakı 30 ilimdən sonra, başqa nə iləsə məşğul olmaq vaxtım yetişib. Məsələn, nəvəmlə oynamaq».

Xəbər 855 dəfə oxundu.