Bakı məktəbliləri qalib gəldilər
Martın 29-dan aprelin 3-dək İdman Məktəblərinin IV Respublika Oyunlarının proqramına daxil olan basketbol idman növü üzrə 1997-98-ci il təvəllüdlü oğlanlar arasında final yarışı keçirilib. Qeyd edək ki, zona yarışları martın 5-dən 10-dək Biləsuvar və Gəncə olimpya idman komplekslərində keçirilmiş və hər zonadan 4 komanda final mərhələsinə vəsiqə qazanmışdı.
Gənclər və İdman Nazirliyindən idman.com.az saytına verilən məlumata görə, final mərhələsinə vəsiqə qazanmış 8 komanda – Təhsil RİOEUGİM, Səbayel rayon 9 saylı UGİM, Qaradağ rayon 19 saylı UGİM, Sabunçu rayon 17 saylı UGİM, Xətai rayon 15 Saylı UGİM, Gəncə TİM, Şəki şəhəri və Abşeron rayonunun komandaları qələbə uğrunda İsmayıllı Olimpiya idman kompleksində yarışıblar. 6 gün davam edən yarışların yekununda Səbayel rayon 9 saylı Uşaq-gənclər idman məktəbinin komandası qalib gəlib. «Təhsil» RİOEUGİM ikinci, Qaradağ rayon 19 saylı UGİM-in komandası üçüncü yeri tutublar.
Yarışlarda ilk üç yeri tutan komandalara Gənclər və İdman Nazirliyinin müvafiq diplomları təqdim edilib.

Xəbər 1346 dəfə oxundu.