Azərbaycan-Küveyt oyununda qalib müəyyənləşməyib
Antalyada təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Küveytin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.

U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 27-də Norveçin “Tromso” U-19 komandasına qarşı keçirəcək.

Xəbər 829 dəfə oxundu.