Azərbaycan cüdoçuları Tel-Əviv Qran-Prisində çıxışlarını davam etdirirlər
İsrailin paytaxtı Tel-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin birinci gününün yarışlarına yekun vurulub.

Cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yarışların ikinci günündə Rüstəm Orucov (73 kq) Özbəkistan təmsilçisi Uluqbek Otamurodov və israilli cüdoçu Din Yakov Gemerlə qüvvəsini sınayacaq. Hidayət Heydərov (73 kq) isə Jorge Fernandes (Portuqaliya) və Ciovanni Espozito (İtaliya) ilə mübarizə aparacaq. Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fatiyev Avstraliya idmançısı Eoin Couqlan ilə üz-üzə gələcək.

Xəbər 897 dəfə oxundu.