Bu gün kişilər arasında şahmat üzrə Azərbaycan çempionu müəyyənləşəcək
Yanvarın 24-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında sonuncu turun oyunlarına start verilib.

Turnir cədvəlində 6,5 xalla İsmayıl Şahəliyev liderliyini davam etdirərək çempionluğa doğru inamla irəliləyir. Ondan yarım xal geri qalan Məhəmməd Muradlı da əzmkar oyun nümayiş etdirir.
Turnir İsveçrə sistemi üzrə keçirilir.


Xəbər 1056 dəfə oxundu.