«Barselona»nın açarı tapılıb
83 faiz üstünlüklə finaldan kənarda

«Barselona»nın oyunlarda böyük ərazi üstünlüyü adi haldı. İdman.com.az saytının məlumatına görə, ötən həftə «Stemford Bric»də «Çelsi»yə qarşı oyunda ispanların üstünlük faizi 79-a çatmışdı. Baxmayaraq ki, hətta qrup mərhələsində çex «Viktoriya»sı ilə oyunda belə bu rəqəm 77-ni aşmırdı. BATE-nin kataloniyalılara verdikləri imkan isə 75-dən artıq olmadı. Bildiyimiz kimi də bu komandalar səfərə «Barselona»nın qapısına hücum etməyə deyil, mümkün qədər az top buraxmağa getmişdilər.

«Nou Kamp»dakı son oyunda isə final iddialı «Çelsi» öncə daxili yarışda kataloniya klubuna 83 faiz üstünlük imkanı vermiş «Osasuna»yla bərabərləşdi. Belə faizi Çempionlar Liqası hələ görməmişdi. Üstəlik də ingilislər ispanlara 37-ci dəqiqədən futbolçuların sayı baxımından da üstünlük vermişdilər. Hətta belə üstünlük «Barselona»ya istəyinə çatmağa yetərli olmadı. Vurmağına, ev sahibləri qol vurdular, ancaq 1 oyunçu azlıqda oynayan və topa cəmi 17 faiz göstərici ilə sahib olan rəqibə 2 top vurmaq imkanı verdilər.

Yeri gəlmişkən, «Barselona» evdə «Real»a qarşı son oyununda da 72 faiz üstünlüklə matçı əldən vermişdi. 3 oyun dalbadal hədsiz böyük üstünlüklə oyunda uğursuzluğu təsadüf adlandırmaq olmaz. Yəqin rəqiblər artıq «Barselona»ya qarşı oyun taktikasını tapıblar – topu «Barselona»ya ver, qoy özləri üçün top qovsunlar, sənsə öz işini gör.
Ümumiyyətlə, müqayisə üçün müxtəlif yarışlarda 70 faizdən yuxarı topa sahib olma faktları müqabilində nəticələri nəzərinizə çatdıraq. Onların da arasında böyük üstünlük olarkən belə uduzan komandalar olmuşdu. Ancaq bu dərəcədə üstünlüklə istəyinə çatmamaq absurd görünür.

83% - «Barselona» - «Çelsi» (2:2)
83% - «Barselona» - «Osasuna» (8:0)
80% - «Tottenhem» - «Bolton» (3:0)
79% - «Barselona» - «Çelsi» (0:1) - səfərdə
79% - «Bavariya» - «Nürnberq» (4:0)
78% - «Real» - APOEL (3:0) - səfərdə
77% - «Barselona» - «Viktoriya» (2:0)
77% - «Barselona» - «Bayer» (7:1)
77% - «Barselona» - «Saraqosa» (4:1) - səfərdə
76% - «Rayo Valyekano» - «Levante» (1:2)
76% - «Barselona» - «Xetafe» (4:0)
75% - «Barselona» - «Bayer» (3:1) - səfərdə
75% - «Barselona» - BATE (4:0)
75% - "Real" - "Rayo Valyekano" (4:1)
75% - «Barselona» - «Viktoriya» (4:0) - səfərdə
75% - «Real» - «Sportinq» Xixon (3:1)
74% - «Lion» - «Dinamo» Zaqreb (7:1) - səfərdə
74% - «Barselona» - «Levante» (2:1)
74% - «Barselona» - «Qranada» (5:3)
74% - "Barselona" - "Levante" (5:0)
74% - "Barselona" - "Malaqa" (4:1) - səfərdə
73% - "Barselona" - "Xetafe" (0:1) - səfərdə
73% - «Liverpul» - «Bolton» (3:1)
73% - «Real» - «Osasuna» (7:1)
72% - «Barselona» - «Real» (1:2)
72% - "Real" - "Saraqosa" (3:1)
72% - «Bayer» - «Nürnberq» (0:3)
72% - «Milan» - «Cenoa» (2:0) - səfərdə
71% - «Atletik» - «Qranada» (2:2) - səfərdə
71% - «Çelsi» - «Norviç» (3:1)
71% - "Barselona" - "Real Sosyedad" (2:1)
71% - «Mayns» - «Auqsburq» (0:1)
71% - «Yuventus» - «Çezena» (2:0)
71% - «Sevilya» - «Rasinq» (2:2)
70% - «Mançester Yunayted» - «Norviç» (2:0)
70% - «Arsenal» - «Fulhem» (1:1)
70% - «Verder» - «Köln» (3:2)
70% - «Borussiya» D. - «Mayns» (2:1) - səfərdə
70% - «Atletiko» - «Betis» (0:2)
70% - «Betis» - «Levante» (0:1)
70% - «Lill» - «Nansi» (1:1) - səfərdə
70% - «Real» - APOEL (5:2)
70% - «Malaqa» - «Rasinq» (3:0)
70% - «Malaqa» - «Betis» (0:2)

Xəbər 937 dəfə oxundu.