“McLaren” bolidi yeni mövsümdə yenə narıncı rəngdə olacaq
Formula 1 “McLaren” komandası MCL34 yeni bolidi üzərində işləri davam etdirir. Artıq maşın kraş-testlərdən keçib. Bolidin təqdimatı isə fevralın 14-də olacaq.

Bolidin dizaynında narıncı rəng qorunub saxlanılacaq. Komanda hazırkı mövsümün ərəfəsində bu rəngə qayıtmağı qərara alıb.

Xatırladaq ki, “McLaren” hər iki pilotu dəyişəcək. Ötən mövsümdə komandada çıxış etmiş Fernando Alonso və Stoffel Vandornun yerinə Karlos Sayns və Lando Norris trasa çıxacaqlar. Uokinqdən olan bu komanda Konstruktorlar Kubokunun keçən mövsümünü altıncı yerdə başa vurub. Belə ki, 62 xal toplayan “McLaren” beşinci yerin sahibi “Haas” komandasından 29 xal geridə qalıb.

AZƏRTAC

Xəbər 872 dəfə oxundu.