Bu gün “Gibraltar International Chess Festival 2019” turniri başlayacaq
Bu gün Cəbəllütariqdə şahmat üzrə “Gibraltar International Chess Festival 2019” turniri start götürəcək.

Festivalın nüfuzlu “Masters” turnirində Azərbaycanın iki şahmatçısı Arkadi Naydiç və Rauf Məmmədov da mübarizə aparacaq. Bu gün turnirin ilk oyunları keçiriləcək. Şahmatçımız A.Naydiç ispaniyalı Sabrina Vega Guttierezlə qarşılaşacaq. Digər təmsilçimiz R.Məmmədov isə ilk turdan azaddır.

“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Artıq uzun illərdir ki, bu festival İsveçrə sistemi üzrə keçirilən ən güclü turnir hesab olunur. Bu il festivalın “Masters” turnirində dünyanın müxtəlif ölkələrindən 249 şahmatçı mübarizə aparacaq ki, onlardan da 14-ü “2700 klubu”nun üzvüdür.

Qeyd edək ki, nüfuzlu yarışda fransız Maksim Vişye-Laqrav, amerikalılar Hikaru Nakamura, Uesli So, ukraynalı Vasili İvançuk, ingilis Maykl Adams və çinli Yu Yanqyui kimi güclü şahmatçılar da iştirak edirlər.

Xəbər 1295 dəfə oxundu.