“Neftçi”nin hazırlıq planı müəyyənləşib
Avrokuboklara vəsiqəni təmin edən “Neftçi” klubunun qitə miqyaslı turnirlərə hazırlıq planı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Unibank Premyer Liqanın sonuna 3 tur qalmış 6 xal üstünlüyü ilə çempionluğun 1 addımlığında olan və kubokun finalına yüksələn bakılıların hazırlığı 2 mərhələdən ibarətdir.

Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda əvvəl Türkiyə, sonra Sloveniyada hazırlıq keçəcək. İyunun 12-dən 25-dək Bolu şəhərində hazırlaşacaq “Neftçi” qonşu ölkədən Sloveniyaya yollanacaq. Paytaxt təmsilçisi avrokuboklara hazırlığını orada yekunlaşdıracaq.

Xəbər 861 dəfə oxundu.