Azərbaycanın U-19 millisi Rusiya klubu ilə qarşılaşacaq
Avropa çempionatının elit-raund mərhələsinə hazırlığını Antalyada davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşacaq.

Millimizin oyun üçün start heyəti açıqlanıb. Heyətdə Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rüfət Hüseynli, Xəyal Muradov, Vüsal Məsimov, Şakir Seyidov, Turan Vəlizadə, Tural Bayramov, İsmayıl Zülfüqarlı, Kamran Quliyev və Musa Qurbanlı yer alıblar.

Xəbər 791 dəfə oxundu.