“Australian Open-2019”: Novak Cokoviç dörddəbir finala vəsiqə qazanıb
“Australian Open-2019” tennis turnirinin favoriti sayılan serbiyalı Novak Cokoviç səkkizdəbir final mərhələsində Rusiya təmsilçisi Danil Medvedev ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Novak Cokoviçin qələbəsi ilə başa çatıb (4:6, 7:6 (7:5), 2:6, 3:6). Qarşılaşma 3 saat 16 dəqiqə davam edib.

Serbiyalı tennisçi dörddədir final mərhələsində yaponiyalı Kim Nisikori ilə qarşılaşacaq.

Novak Cokoviç “Australian Open” turnirinin altıqat qalibidir (2008-ci il, 2011-2013-cü, 2015-ci, 2016-cı).

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

Xəbər 770 dəfə oxundu.