Yeniyetmə güləşçilər arasında zona birincilikləri keçiriləcək
Yeniyetmə güləşçilər arasında zona birincilikləri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, fevralda təşkil olunacaq ölkə çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda baş tutacaq. Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, ayın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi təşkil olunacaq.

Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək. Yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.

Xəbər 1602 dəfə oxundu.