Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının beşinci turuna yekun vurulub.

Beş turun nəticəsinə görə İsmayıl Şahəliyev və Ülvi Bacarani 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Liderlərdən cəmi yarım xal geridə olan Fərid Zeynalov isə üçüncü pillədə qərarlaşıb.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Turnirə yanvarın 24-də yekun vurulacaq.

Xəbər 665 dəfə oxundu.