Kişi şahmatçılar arasında Azərbaycan çempionatının üçüncü turuna start verilib
Yanvarın 18-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının üçüncü turunun oyunları keçirilir.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət çempionatın ilk iki turunda Fərid Zeynalov və İsmayıl Şahəliyev ardıcıl qələbə qazanıblar.

Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Bakıda Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən çempionata yanvarın 24-də yekun vurulacaq.

Xəbər 760 dəfə oxundu.