Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri start götürəcək
Yanvarın 17-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq karate turniri start götürəcək.

Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçiriləcək açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.

Yarışların birinci günündə bütün yaş qruplarında fərdi kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, sonuncu gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin iştirakı ilə müxtəlif çəki dərəcələrində kumite görüşləri keçiriləcək.
Üçüncü dəfə keçiriləcək turnirdə 11 ölkədən 800-dək idmançı iştirak edəcək.

Qalib və mükafatçılar təşkilatçıların təsis etdiyi diplom, kubok və medallarla təltif olunacaq.


Xəbər 889 dəfə oxundu.