Sərbəst güləş üzrə Masallı rayon birinciliyi başa çatıb | |
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə rayon birinciliyi başa çatıb. Birincilik 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. İki gün davam edən yarışda 100-ə yaxın idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. |
|
Xəbər 747 dəfə oxundu. |
|
|