Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turuna start verilib
Yanvarın 16-da Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları başlayıb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 19 şahmatçı iştirak edir.

Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında keçirilir.

Xəbər 621 dəfə oxundu.