Binəqədi rayonunda oğlanlar arasında basketbol turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yanvarın 15-də 248 nömrəli tam orta məktəbdə rayon orta ümumtəhsil məktəbləri arasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” devizi altında oğlanlar arasında basketbol turniri keçirilib.

Turnirin nəticəsinə görə birinci yerə 115 nömrəli, ikinciyə 283 nömrəli, üçüncüyə 244 nömrəli tam orta məktəbin komandaları tutublar.

Xəbər 985 dəfə oxundu.