Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı yeni təyinat alıb.

O, yanvarın 29-dan fevralın 3-dək dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək “G” qrupunun oyunlarını idarə edəcək.

Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.


Xəbər 747 dəfə oxundu.