“Tata Steel Masters-2019”: Dördüncü turda Şəhriyar Məmmədyarov turnirin lideri ilə qarşılaşacaq
Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dördüncü turda yarışın lideri olan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. Digər təmsilçimiz Teymur Rəcəbov isə qara fiqurlarla keçmiş dünya çempionu Vişvanatan Ananda qarşı oynayacaq.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turda ardıcıl heç-heçə oynayıblar. Onlar 1,5 xalla turnir cədvəlində 4-11-ci yerləri bölüşürlər.

Yarışa 2,5 xal toplayan rusiyalı Yan Nepomnyaşi liderlik edir. Çin təmsilçisi Dinq Liren və Hindistan şahmatçısı Vişvanatan Anand 2 xalla 2-3-cü yerləri bölüşürlər.

Xəbər 865 dəfə oxundu.