Azərbaycan yığmasının futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib | |
Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib. Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunan tədbirdə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Gənc futbolçu olaraq danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub. Sonra futbolçuların sualları cavablandırılıb. |
|
Xəbər 846 dəfə oxundu. |
|
|