Para-cüdo üzrə “Baku 2019 Gran-Prix” yarışlarına könüllülərin qeydiyyatına start verilib
Mayın 10-15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində para-cüdo idman növü üzrə “Baku 2019 Gran-Prix” yarışları keçiriləcək. Yarışın yüksək səviyyədə keçirilməsinə köməklik göstərmək üçün Milli Paralimpiya Komitəsi könüllülərin qeydiyyatına start verib.

Yarışların keçirilməsinə könüllü dəstək olmaq istəyən gənc oğlan və qızlar Milli Paralimpiya Komitəsinin ofisinə müraciət edə bilərlər.

Yarışda 43 ölkədən 250 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 837 dəfə oxundu.