İbrahim Karqbo: Bizə olan inamı doğrultduq
“Komandamızın azarkeşlərinə təşəkkür etmək istəyirəm. Onlar Bakıdan Ağdama bizi dəstəkləməyə gəlmişdilər”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun futbolçusu İbrahim Karqbo deyib. Syerra-leoneli legioner Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab oyunu haqda fikirlərini klubun saytına açıqlayıb:

“Onlar bizə inanıb, bu səfər matçımıza gəlmişdilər. Biz də onların bu inamını doğruldaraq qalib gəlməyi bacarqdıq”.
Qeyd edək ki, “Bakı” səfər matçında 1:0 hesabı ilə qalib gələrək, penaltilər seriyasındakı qələbə (5:4) sayəsində mərhələ keçdi.

Xəbər 902 dəfə oxundu.