"Sumqayıt" futbol klubu yoxlama oyununda qələbə qazanıb
Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" futbol klubu yoxlama görüşü keçirib. Komanda "Dalğa Arena”nın əlavə meydançasında I Divizion təmsilçisi "Şüvəlan"la qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb. Qolları 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə vurublar.

AZƏRTAC

Xəbər 681 dəfə oxundu.