Həndbol üzrə Azərbaycan millisi Kipr yığması ilə qarşılaşacaq
Bu gün kişi həndbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Azərbaycan millisi Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında ilk oyununu Kipr yığmasına qarşı keçirəcək.

Yanvarın 12-də millimiz Gürcüstan, ertəsi gün isə Malta ilə üz-üzə gələcək.

Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

Xəbər 855 dəfə oxundu.