Fuad Cəfərov memorialı: “Masters” turnirinin qalibi müəyyənləşib
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorial çərçivəsində beynəlxalq “Masters” turniri davam edir.

10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda səkkizinci turun oyunları yekunlaşıb. Dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) səkkiz turun nəticələrinə görə, 6,5 xalla artıq turnirin qalibi adını alıb. Qeyd edək ki, ikinci yerin sahibi ukraynalı Mixail Simantsevin (2401) cəmi 5 xalı var. Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) isə 8 turun nəticəsinə görə 4 xalla üçüncü yeri tutub.

Turnirə yanvarın 11-də yekun vurulacaq

Xəbər 944 dəfə oxundu.