Yeniyetmə samboçular arasında Bakı birinciliyi start götürəcək
Yanvarın 11-də Abşeron Olimpiya İdman Kompleksində 2001-2002-ci illər təvəllüdlü samboçular arasında Bakı birinciliyi start götürəcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək yarışlarda 10 çəki dərəcəsində 100-dək idmançı qüvvəsini sınayacaq.

Turnirin nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Birinciliyə yanvarın 13-də yekun vurulacaq.

Xəbər 1139 dəfə oxundu.