Həbib Nurmaqomedov UFC reytinqində geriləyib
Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə yeni reytinqi açıqlanıb.

Rusiyalı Həbib Nurmaqomedov reytinqində bir pillə geriləyib. Otuz yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb.

Konor Makqreqor da bir pillə geriləyib, o hazırda 9-cu yerdədir.

Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

Xəbər 735 dəfə oxundu.