Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “Tata Steel Masters-2019” şahmat turnirində iştirak edəcəklər
Yanvarın 12-də Hollandiyanın Veyk-an-Zee şəhərində ənənəvi “Tata Steel Masters-2019” şahmat turniri start götürəcək.

81-ci dəfə keçiriləcək turnirin iştirakçıları arasında 11 dünya çempionu və ən güclü qrossmeysterlər yer alıb. Turnirdə Azərbaycanı 2007-ci ildə bu yarışın qalibi olan qrossmeyster Teymur Rəcəbov və hazırda dünya reytinqində üçüncü pillədə olan Şəhriyar Məmmədyarov (2817) təmsil edəcəklər.

Xatırladaq ki, 1938-ci ildən keçirilən “Tata Steel Masters” turnirlərində ən çox qalib gələn şahmatçı hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendir. O, altı dəfə bu turnirin qalibi olub.

Xəbər 733 dəfə oxundu.