Yanvarın 15-də şahmat üzrə Azərbaycan çempionatı start götürəcək
Azərbaycan Şahmat Federasiyasının açıqladığı tədbirlər planına əsasən, yanvarın 15-dən 26-dək kişilər arasında ölkə çempionatı keçiriləcək.

Azsport.az “Chess.az” saytına istinadla xəbər verir ki, yarışda beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar qatıla bilərlər. Ölkə birinciliyi federasiyanın binasında keçiriləcək.

Yarışın açılış və püşkatma mərasimi yanvarın 14-də olacaq.

Sonuncu ölkə çempionatının qalibi Abdulla Qədimbəylidir.

Xəbər 24 dəfə oxundu.