Olimpiya çempionlarımız “Eurosport” kanalının Azərbaycan haqqında çəkdiyi filmin iştirakçıları oldular
Azərbaycanın olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftəhəddinova, futbol üzrə milli yığma komandanın oyunçusu Rauf Əliyev və Eurovision 2011 mahnı müsabiqəsinin qalibi Eldar Qasımov dünya şöhrətli “Eurosport” kanalının Azərbaycan haqqında çəkdiyi 13 dəqiqəlik “Pass sport ”filmində iştirak ediblər.

Yunan-roma güləşi üzrə 2004-cü ildə Afina olimpiya oyunlarının qalibi, ikiqat dünya çempionu Fərid Mansurov filmdə bələdçi kimi çıxış edərək “UNESCO” nun mədəni irsinə daxil edilmiş “İçəri şəhər ”-ə gəzinti edər və Azərbaycanın tarixi, mədəni zəngin irsi haqqında məlumat verir.

Atıcılıq üzrə Sidney olmipiya oyunlarının qızıl mükafatçısı Zemfira Meftihəddinova isə filmdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışır. 5 yaşlı oğlu Ruslanla birlikdə müasir ticarət mərkəzlərindən birinə gəzintiyə çıxan olimpiya çempionumuz, Bakının çoxmillətli şəhər, əhalisinin isə qonaqpərvər olduğunu diqqətə çatdırır.

Nigar Camalla ifa etdiyi duetdən sonra “Eurovison” mahnı müsabiqəsini Azərbaycana gətirən Eldar Qasımov Azərbaycan idmanını uğurlarından, idmançılarımızın əldə etdiyi qələbələrdən, idman infrastrukturundan söz açır.

Eldar Qasımov: “Mənim ən böyük arzularımdan biri Bakının 2020-ci ildə olmipiya oyunlarına ev sahibliyi etməsidir. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Azərbaycanın idmana verdiyi böyük diqqət və önəmin də bariz nümunəsi ola bilər”.

Azərbaycanın futbol üzrə milli yığma komandasının üzvü Rauf Əliyev dənizkənarı Milli Parkdakı gəzintisi ilə filmə yekun vurur.

Rauf Əliyev: “Bakıda yaşamaq, işləmək, oynamaq və ya sadəcə turist kimi gəlməyinizdən asılı olmayarq, əminik ki, bu şəhər sizin sevimlinizə çevriləcək”.

Xəbər 1049 dəfə oxundu.