“Sabah” klubu Türkiyə, Qazaxıstan və Macarıstan komandaları ilə qarşılaşacaq
Bakının “Sabah” futbol klubunun Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı ilk rəqibi müəyyənləşib.

Elşad Əhmədovun yetirmələri yanvarın 12-də Türkiyə birinci divizionunda çıxış edən “Eskişehirspor” komandası ilə qarşılaşacaqlar.

Qeyd edək ki, “Sabah” yanvarın 16-da Qazaxıstanın “Tobol”, üç gün sonra Macarıstanın MTK komandaları ilə oyunda gücünü sınayacaq. Bakı təmsilçisi təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu yanvarın 22-də keçirəcək və rəqib daha müəyyənləşməyib.

Xəbər 708 dəfə oxundu.