Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
Bir ildən sonra Lozannada (İsveçrənin cənub-qərbində) Gənclər arasında III Qış Olimpiya oyunlarına start veriləcək. Lozanna-2020-nin Təşkilat Komitəsi gələcək Oyunların talismanını təqdim edib. Bu, yerli rəssamlıq məktəbinin tələbələrinin yaratdığı “Yodli”dir.

Talismanın dizaynının yaradılmasında yerli incəsənət məktəbinin 140 tələbəsi iştirak edib, qəti seçim edən isə isveçrəli gənc idmançılar olub. Onlar məhz Yodliyə üstünlük veriblər.

Yodli İsveçrə dağlarında yaşayan inək, keçi və senbernar cinsli itin əlamətlərini özündə birləşdirən hibrid varlıqdır. Yodlidə təcəssüm olunmuş xarakteristikalar 2020-ci ildə gəclər arasında keçiriləcək qış olimpiya oyunlarının iştirakçılarının müxtəlifliyinin rəmzidir.

Bir ildən sonra 15-18 yaşlı 1800 idmançı səkkiz idman növündə güclərini sınayacaq. Yodli də “onlara qoşulacaq”. Yarışlar İsveçrənin müxtəlif guşələrində və qonşu Fransada keçiriləcək.

Xəbər 1402 dəfə oxundu.