Qadın voleybol komandaları arasında kontinental Olimpiya təsnifat turnirinin vaxtı müəyyənləşib
Qadın voleybol komandaları arasında kontinental Olimpiya təsnifat turnirinin vaxtı müəyyənləşib.

Turnirin oyunları avqustun 2-4-də keçiriləcək.

Azərbaycan millisi Braziliya, Dominikan Respublikası və Kamerun ilə bir qrupda mübarizə aparacaq. Millimizin yer aldığı qrupun oyunlarının keçirilmə yeri daha müəyyənləşməyib.

Turnirin yekununda qrupda birinci yeri tutan komanda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


Xəbər 812 dəfə oxundu.