“Neftçi” klubunda oyunların idarə edilməsində tətbiq olunan yeni qaydalara dair seminar keçirilib
Yanvarın 9-da “Neftçi” klubunun inzibati binasında seminar keçirilib.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, seminarda AFFA-nın hakimlər komitəsinin sədri Frits Ştuxlikin, əsas komandanın məşqçi və futbolçu heyəti iştirak edib.

Tədbirdə komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.

Xəbər 742 dəfə oxundu.