Kamandan oxatma üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Lokomotiv” İdman Cəmiyyətində 1999-2005-ci il təvəllüdlü oğlan və qızlar arasında örtülü salonda kamandan oxatma üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə 53 idmançı mübarizə aparıb.

1999-2001-ci il təvəllüdlü oğlanlar arasında Fuad Allahverdiyev, 2002-2004-cü il təvəllüdlü idmançıların yarışında Muhammədəli Əliyev, 2005-ci il təvəllüdlülərin mübarizəsində isə Teymur Kərimov qızıl medal qazanıblar.

1999-2001-ci il təvəllüdlü qızların yarışında Ozay Qasımova, 2002-2004-cü il təvəllüdlülər arasında Hökümə Əhmədova, 2005-ci il təvəllüdlülərin mübarizəsində isə Ayna Həsənova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 817 dəfə oxundu.