Sərbəst güləş üzrə Azərbaycan yığması Mahaçqalada təlim-məşq toplanışındadır
Sərbəst güləş üzrə Azərbaycan yığması yeni ilin hazırlıqlarına start verib. Millimizin ilk təlim-məşq toplanışını ölkə xaricində - Mahaçqalada təşkil olunub.

Komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə hazırlıq keçirlər.

Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.

Xəbər 746 dəfə oxundu.