Məhəmməd Salah İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu olub
“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Eden Hazard, Harri Keyn, Rikardo Pereyra, Pol Poqba və Markus Raşfordu qabaqlayıb.

Cari mövsümdə “Liverpul” klubunun heyətində üçüncü futbolçu bu mükafata seçilib. Avqustda Sadio Mane, noyabrda isə Virgil van Diyk ayın ən yaxşı futbolçusu adına layiq görülüblər.

Məhəmməd Salah dekabrda “Liverpul”un heyətində keçirdiyi 7 oyunda 6 qol vurub.

Xəbər 922 dəfə oxundu.