Zaur Həşimov “Qəbələ”yə məşqçi təyin olunub
2018-2019-cu il mövsümünün ikinci yarısına hazırlığı Bakıda davam etdirən “Qəbələ” futbol klubunun məşqçilər korpusunda dəyişiklik olub.

Azsport.az kluba istinadla xəbər verir ki, Zaur Həşimov “Qəbələ”yə məşqçi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Otuz səkkiz yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Z.Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qrupları komandalarında çıxış edib. “Qəbələ”nin yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbər 721 dəfə oxundu.