Fuad Cəfərov Memorialında növbəti turlara start verilib
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan Fuad Cəfərov Memorialı çərçivəsində turnirlərin növbəti turlarına start verilib.

10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda – beynəlxalq “Masters” turnirində 6-cı turun oyunları keçirilir. Dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) 5 turun nəticələrinə görə liderliyini davam etdirir. Sonuncu turda heç-heçə ilə razılaşan şahmatçı 4,5 xalla birincidir. İkinci yerdə 3 xalla Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) qərarlaşıb. Üçüncü pilləyə isə ukraynalı Mixail Simantsev (2401) 3 xalla sahib olub.

Səksən şahmatçının qatıldığı “Open” turnirində isə dördüncü turun oyunlarına start verilib. Üç turdan sonra 3 xalla iranlı Arya Omidi yenə də birincidir. Onunla yanaşı, 5 şahmatçı da hərəyə 3 xal qazanıb.

Otuz yeddi şahmatçının mübarizə apardığı C qrupunda (11 yaşadək) isə 6-cı turun oyunları keçiriləcək. Beş oyundan 4,5 xal toplayan Nihad Kərimov (1404) liderliyini davam etdirir. Turnir cədvəlində ikinci pillədə qərarlaşan digər şahmatçımız Aqşin Əlizadənin (1088) də 4,5 xalı var.

Xəbər 590 dəfə oxundu.