Yupp Haynkes: “Finala çıxmağımız tarixi göstəricidir”
“Bu, möcüzəvi gecə idi. Biz möhtəşəm futbol göstərərək, unudulmaz qələbə əldə etdik”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes deyib. Uzun fasilədən sonra Çempionlar Liqasının finalına çıxan Münhen təmsilçisi həlledici oyunu öz doğma stadionunda keçirəcək. Haynkes oyun sonrası penaltilər seriyasında inamlı oyun göstərən qapıçısı Manuel Noyerin əməyini qeyd edib:

“Əgər bilsydiniz, futbolçular bu final haqda necə arzulayırdı: Mən onlara və azarkeşlərimə görə çox şadam. Manuel Noyer möhtəşəm oynadı, 2 zərbəni dəf etdi, 3-ü zərbə isə qapının üstündən keçdi. Finala çıxmağımız çox vacibdir. Biz praktiki olaraq İspaniya çempionu sayılan komanda ilə görüşdük. Əgər bütün 120 dəqiqəni götürsək, finala vəsiqəyə layiq idik”.

Alman çalışdırıcı final oyununu cəza üzündən buraxacaq futbolçuları – David Alaba, Luis Qustavo və Xolger Badştuberə görə üzülüb: “Onlar böyük iş gördüklərindən, finalda oymayacaqları çox təəssüflənirəm. Mən onlarla paltardəyişmə otağında danışdım. Əlbəttə, üzgündürlər. Ancaq “Çelsi”nin əsas heyətinin 4 futbolçusu da olmayacaq. Buna görə də hər 2 komanda zəifləmiş olacaq. Hələ bilmirəm ki, cəzalılarımı kimlər əvəzləyəcək, ancaq variantlarımız var. Finala çıxmağımız tarixi göstəricidir. İndi başqa şeylər əhəmiyyətsizdir. Fikrimcə, bu gün bir qədəh qırmızı şərab içmək olar”.

Xəbər 1049 dəfə oxundu.