Sumqayıtda cüdo hakimləri üçün seminar keçirilib
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt təlim-məşq bazasında hakimlər üçün seminar keçirilib.

Respublika cüdo ictimaiyyətinin nümayəndələri, beynəlxalq dərəcəli referilər, federasiya rəsmiləri və gənc hakimlərin iştirak etdikləri seminar nəzəri və praktiki hissədən ibarət olub. Sumqayıtda yeni istifadəyə verilmiş zalda cüdonun yeni qaydalarının tətbiqi əyani şəkildə göstərilib, geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, beynəlxalq dərəcəli hakimlərimiz Mətin Rəhimli və Fariz Hüseynov gələn həftə Avstriyanın Mittersil şəhərində keçiriləcək seminarda iştirak edəcəklər.

Xəbər 802 dəfə oxundu.