Azərbaycanda döyüş növləri üzrə beynəlxalq festival keçiriləcək
Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının (ADFA) təşkilatçılığı ilə Bakıda “Prezident kuboku” uğrunda döyüş növləri üzrə beynəlxalq festival keçiriləcək.

Bu barədə ADFA-ya daxil olan Alpaqut, Muay-tay, Uşu, Taekvondo federasiyalarının nümayəndələrinin iştirakı ilə Assosiasiyanın toplantısında məlumat verilib.

Yarışların alpaqut, muay-tay və uşu idman növləri ilə yanaşı, taekvondonu və karateni də əhatə etməsi nəzərdə tutulub.

Festivalın gələn ilin dekabrında keçirilməsi planlaşdırılır.

Xəbər 724 dəfə oxundu.