Şahmatçımız “Vergani Cup” festivalını 18-ci sırada başa vurub
İtaliyanın Villorba şəhərində yanvarın 2-də start götürən şahmat üzrə üçüncü “Vergani Cup” festivalı bu gün başa çatıb.

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva (2301) sonuncu turda italiyalı Artem Gileviç (2404) üzərində qələbə qazanaraq xalların sayını 5-ə çatdırıb.

Beləliklə, 9 turun yekununa görə şahmatçımız turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.

Xəbər 745 dəfə oxundu.