“Masters” beynəlxalq turnirin ilk turunun oyunlarına yekun vurulub
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan “Masters” beynəlxalq turnirin ilk turunun oyunlarına yekun vurulub.

Beynəlxalq şahmat festivalı çərçivəsində “A” qrupu üzrə (qrossmeyster və beynəlxalq usta normalı) 10 şahmatçının (onlardan 4-ü qrossmeysterdir) iştirak etdiyi yarışda Azərbaycan şahmatçıları Ülvi Bacarani (2421), Abdulla Qədimbəyli (2409), İran təmsilçisi Araş Təhbaz (2468) və ukraynalı şahmatçı Mixail Simantsev (2401) ilk turda qələbə qazanaraq aktivlərinə 1 xal yazdırıblar.

Azərbaycanlı şahmatçılarla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan təmsilçilərinin də mübarizə apardığı turnirə yanvarın 11-də yekun vurulacaq.

Xəbər 828 dəfə oxundu.