“Maklaren” 2019-cu il mövsümü üçün bolidin təqdimat tarixini elan edib
Formula 1 komandası 2019-cu il çempionatı üçün bolidi fevralın 14-də - Müqəddəs Valentin Günündə təqdim edəcək.

“Maklaren” bu münasibətlə öz “Tvitter” səhifəsində ürək forması yaradan iki dəbilqə şəkli yerləşdirib.

Şəklin altında bu sözlər yazılıb: “Maşınların bəziləri qırmızı, digərləri göy rəngdədir. Müqəddəs Valentin Günündə biz öz maşınlarımızı sizə göstərəcəyik”.

Xatırladaq ki, növbəti çempionatda bu komandanın pilotları Lando Norris və Karlos Sayns olacaq.

2019-cu ildə Formula 1 yarışlarının əlamətdar tarixləri hələlik bunlardır:

12 fevral – “Reno” bolidinin təqdimatı,

13 fevral – “Fors İndia” bolidinin təqdimatı,

14 fevral – “Maklaren” bolidinin təqdimatı,

15 fevral – “Ferrari” bolidinin təqdimatı,

18-21 fevral – mövsümqabağı birinci testlər,

26 fevral – 1 mart mövsümqabağı ikinci testlər.

Xəbər 750 dəfə oxundu.