Azərbaycan şahmatçısı “Vergani Cup” festivalında mübarizəni davam etdirir
İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalı davam edir.

40 iştirakçının (13 qrossmeyster) qatıldığı elit turnirdə artıq iki tura yekun vurulub. Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) 0,5 xalla (1 heç-heçə, 1 məğlubiyyət) turnir cədvəlində 35-ci pillədədir. Turnir cədvəlinə 100 faizlik nəticə göstərən rusiyalı şahmatçı Vitali Bernadski (2550) başçılıq edir.

Festivala yanvarın 6-da yekun vurulacaq.

Xəbər 713 dəfə oxundu.